"Lex" - "Qarabağ" oyunu: Bu gün saat neçədə, hansı telekanalda?

"Lex" - "Qarabağ" oyunu: Bu gün saat neçədə, hansı telekanalda?
İDMAN
12:27 05.07.2022
828
Azərbaycan çempionu "Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə start verəcək.

AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ÇL-in 1-ci təsnifat mərhələsində Polşa "Lex”i ilə qarşılaşacaq. "Köhlən atlar” "Lex”lə ilk matçını bu gün – Polşada keçirəcək.

"Lex” – "Qarabağ” matçı saat 22:00-dan etibarən "CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

"Qarabağ” "Lex”ə qarşı cavab matçını bir həftə sonra Bakıda keçirəcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
İlk oyun

5 iyul

22:00 Lex (Polşa) – Qarabağ
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya)
Polşa, Poznan
OXŞAR XƏBƏRLƏR