"Lex"in kapitanı: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

"Lex"in kapitanı: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"
İDMAN
18:39 04.07.2022
452
"Sabahkı oyunu səbirsizliklə gözləyirəm".

Bunu Polşa "Lex"inin kapitanı Mikael İshak evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

İsveçli hücumçu Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdikləri üçün xoşbəxt olduqlarını bildirib: "Hər bir komanda belə turnirdə oynamaq istəyər. Avrokuboklarda iştirak edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan. Yaxşı komandamız var. 2 il öncəki ilə müqayisədə indi daha güclüyük. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq".

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR