Leyla Abdullayeva: Ermənistan qoşunları Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır"

Leyla Abdullayeva: Ermənistan qoşunları Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır"
SİYASƏT
16:04 28.07.2020
1306

"Təcavüzkar və ilhaqçı siyasəti, hərbi təxribatları, mülki şəxsləri hədəfə alaraq, o cümlədən beynəlxalq humanitar hüququ tapdalayan, gündəlik əsasda cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi kobudcasına pozan, bölgədə gərginliyin alovlanması məsuliyyətini bilavasitə daşıyan Ermənistanın nə atəşkəsə riayət olunmasından, nə də təxribatçı əməllərdən çəkinməkdən danışmağa haqqı var".

AZXEBER.COM xəbər verir ki, bunu Xarici İşlər Nazirlyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. 

O xatırladıb ki, bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat öncədən planlaşdırılmış növbəti təcavüz aktı idi: "Bu gücdən istifadə cəhdinin bütün məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir. 

Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatını və mahiyyətini qəsdən pozmağa yönəlmiş siyasəti və ziddiyyətli açıqlamaları açıq şəkildə nümayiş etdirir ki, bu ölkə işğala əsaslanan status-quo vəziyyətinin möhkəmləndirilməsinə çalışır. Lakin vurğulamaq istərdik ki, təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir.

Bir daha vurğulayırıq ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcud status-quo vəziyyəti qəbuledilməzdir, çünki o, regional sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. İşğala əsaslanan status-quo-nun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib