Leyla Abdullayeva: “Ermənistanın işğalı müvəqqəti xarakter daşıyır”

Leyla Abdullayeva: “Ermənistanın işğalı müvəqqəti xarakter daşıyır”
SİYASƏT
22:15 04.07.2020
1482
"İşğalçı Ermənistanın Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qeyri-qanuni rejimin qondarma "prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar və ilhaqçı siyasətinin növbəti bariz nümunəsidir. Ermənistan rəhbərliyinin bu kimi addımları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma və coğrafi adların dəyişdirilməsi də daxil olmaqla həyata keçirilən qeyri-qanuni fəaliyyət işğalın möhkəmləndirilməsinə xidmət edir”.

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin nümayəndəsi ilə görüşərək, münaqişə məsələsini müzakirə etməsi ilə bağlı sualı şərh edərkən bildirib.

L.Abdullayeva deyib: "Əlaltı rejimlə görüş keçirməklə bu qondarma qurumu sanki münaqişə tərəfi kimi qələmə verməyə çalışan Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur. Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir. Danışıqların formatına gəldikdə isə, 1992-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların tərəfləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandır. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa ediləcək və torpaqlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə geri dönüşü təmin olunacaq”.

Xatırladaq ki, Minsk Qrupu həmsədrlərinin münaqişənin mərhələli həllinə əsaslanan təkliflərinin mahiyyətini məhz Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması təşkil edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı