Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa XİN-ə təqdim etdi

Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa XİN-ə təqdim etdi
SİYASƏT
10:55 19.11.2022
249
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa Xarici İşlər Nazirliyinə təqdim edib.

AZXEBER.COM xəbər veri ki, bu barədə səfir özünün "Twitter” hesabında yazıb.

"Etimadnamələrimin surətlərini təqdim etməkdən məmnun oldum. Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini Bruno Bissona isti qarşılamaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Bruno Bisson”, - səfir qeyd edib.
OXŞAR XƏBƏRLƏR