Leyla Abdullayeva Fransa parlamentinin deputatlarına səsləndi - FOTO

Leyla Abdullayeva Fransa parlamentinin deputatlarına səsləndi - FOTO
SİYASƏT
14:58 28.12.2022
318
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının "Le Monde” qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, diplomat bununla bağlı "Twitter"də paylaşım edib.

O bildirib ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır.

Səfir diqqətə çatdırıb ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar.

Leyla Abdullayeva fransalı parlamentariləri sülh səylərini dəstəkləməyə çağırıb.
 

 


OXŞAR XƏBƏRLƏR