Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub

Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub
SİYASƏT
20:02 20.10.2026
109
Fransada xanım səfirlər üçün nahar təşkil olunub və ölkənin birinci xanımı Bricit Makronun qatıldığı tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.

AZXEBER.COM xəbər verir ki, L. Abdullayeva bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı.

Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - o yazıb.

Azərbaycanın Fransadakı səfiri bu görüşə görə təşəkkür edib.

OXŞAR XƏBƏRLƏR