Leyla Abdullayeva: Paşinyanın məsuliyyətsiz davranışı münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir

Leyla Abdullayeva: Paşinyanın məsuliyyətsiz davranışı münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir
SİYASƏT
15:26 09.05.2020
981
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş Nazirinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə "Qələbə gününü” qeyd etmək məqsədilə səfərini şərh edib.

AZXEBER.COM-un məlumatına görə, Leyla Abdullayevanın şərhində deyilir:

"Beynəlxalq hüququn horma və prinsiplərini tapdalayaraq Azərbaycan ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüququnu pozan, eləcə də faşist canilərinin qəhrəmanlaşdırılmasını həyat normasına çevirən bir ölkənin baş nazirinin "qələbədən”, "sülhdən” və "təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir.

Başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması tələbini heçə sayaraq, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində "qələbə” nitqi ilə çıxış edən N.Paşinyan, yəqin dərk edir ki Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına haqq qazandıran bu məsuliyyətsiz davranış, münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir.

Ermənistan rəhbərliyinin bu davranışı təcavüzkar ölkənin münaqişənin həlli üzrə aparılan danışıqlarda, işğalçı ölkəyə xas olan saxtakar mövqe nümayiş etdirdiyini və onun yeganə məqsədinin işğala əsaslanan təhlükəli status-quo vəziyyətinin möhkəmlənməsi olduğunu aydın göstərir.

Lakin xatırladırıq ki, Ermənistanın bu niyyəti heç zaman reallaşmayacaq. Beynəlxalq hüquq, beynəlxalq ədalət və beynəlxalq ictimaiyyətin birmənalı şəkildə dəstəklədiyi Azərbaycan ərazilərini işğaldan azad edəcək və beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Münaqişənin həllinin və bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının digər yolu yoxdur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb