Leyla Əliyeva mükafatlandırma mərasimində iştirak etdi - FOTOLAR

Leyla Əliyeva mükafatlandırma mərasimində iştirak etdi - FOTOLAR
MAQAZİN
11:01 11.10.2014
1493

Heydər Əliyev Mərkəzində “Eko Rəsm Gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib. AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, müsabiqə IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və “Panasonic” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycanda ikinci dəfə keçirilən müsabiqə çərçivəsində Bakı və Gəncə şəhərlərindəki məktəblərin şagirdlərinə 5 min “Eko gündəlik” paylanılıb və onlardan 3050-si doldurularaq təşkilatçıya təqdim olunub. Bunların arasından 20 finalçı seçilib.

Mərasimdə çıxış edən Leyla Əliyeva qalibləri təbrik edib. Heydər Əliyev Fondunun vitse-prezidenti bildirdi ki, IDEA kampaniyasında çoxlu sayda gəncin iştirakı və ekoloji problemlərə kifayət qədər diqqət yetirilməsi sevindirici haldır. Bir çox uğurlu layihələrin reallaşdırılması, gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması, eləcə də planetimizin flora və faunasında nəsli kəsilməkdə olan canlıların qorunması ilə bağlı IDEA-nın çox uğurlu işlər gördüyünü deyən Leyla Əliyeva kampaniya üçün “Bir planet - bir gələcək” şüarının seçilməsinin təsadüfi olmadığını bildirdi. Leyla Əliyeva kampaniya çərçivəsində ekoloji sahədə vacib addımlar atıldığını, 3 milyondan çox ağacın əkildiyini vurğulayıb.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək layihənin uğurlu və davamlı olmasını arzulayıb. O, Azərbaycanda ətraf mühitin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirib. UNICEF-in Bakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze isə məktəblilərin ekoloji problemlərin həllinə yeni yanaşmalarını müsbət dəyərləndirdiyini qeyd edib.Digər çıxış edənlər 2008-ci ildən keçirilən “Eko Rəsm Gündəliyi” Beynəlxalq müsabiqəsinin əhəmiyyətindən danışıb. Qeyd olundu ki, layihə məktəblilərin ekologiya sahəsində biliklərinin artırılması və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi baxımından uğurlu addımdır.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müsabiqənin milli mərhələsinin qalibi - 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Aylin Yəhyazadəni təbrik edərək, ona diplom və hədiyyələr təqdim etdi.Müsabiqənin milli mərhələsinin digər 19 qalibinə də sertifikat və qiymətli hədiyyələr təqdim olunub.“Eko Rəsm Gündəliyi-2014” müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və qısa mətnlə ifadə edib, problemin həllinə dair təkliflər irəli sürüblər. Tədbirdə müsabiqə ilə bağlı videoçarx nümayiş olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA