Leyla Əliyeva: 'Ümummilli lider bizə bunu vəsiyyət edib'

Leyla Əliyeva:
SİYASƏT
00:02 21.05.2013
2325

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Forumu Azərbaycan diasporunun əhəmiyyətli tədbirlərindən biri kimi nüfuza malikdir. Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın UAGB-nin III Forumunun iştirakçılarına ünvanladığı məktubda deyilir.

Leyla Əliyeva Ukraynada forumun işə başlaması münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Leyla Əliyevanın məktubunda deyilir ki, Forum Azərbaycan diasporunun əhəmiyyətli tədbirlərindən biri kimi şöhrət qazanıb: “Gündəliyə ənənəvi olaraq Azərbaycanın diaspor təşkilatlarının fəaliyyəti və həmin təşkilatların böyük potensialının həyata keçirilməsi kimi vacib məsələlər daxildir. Hazırda diasporun möhkəmləndirilməsi sahəsində siyasətin təkmilləşdirilməsi Azərbaycanın əsas dövlət prioritetlərinin sırasına daxildir. Buna görə də şübhə etmirəm ki, forumun tövsiyələrinə bütün səviyyələrdə diaspor təşkilatlarının praktiki fəaliyyətində tələbat olacaq”.

Məktubda qeyd edilir ki, forumun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğu bir vaxtda keçirilməsi diqqətəlayiqdir: “Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Biz bütün istiqamətlərdə milli-dini dəyərlərimizi, adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qorumalı və saxlamalıyıq, həmçinin gənc nəsli zamanın sınağından keçən bu dini, mənəvi dəyərlər ruhunda tərbiyələndirməliyk. Ümummilli lider bizə bunu vəsiyyət edib”.

Leyla Əliyeva bildirib ki, Ukrayna və Azərbaycanın siyasi, eləcə də digər sahələrdə münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Məktubda deyilir ki, xalqlarımız ənənəvi olaraq bir-birinə yaxındırlar və bu yaxınlıq Azərbaycan və Ukraynanın tarixi talelərinin oxşarlığına, həmçinin sosial-iqtisadi, etnik və siyasi proseslərə əsaslanır: “Ukrayna cəmiyyətinin demokratik, tolerant mühiti, dövlətin milli-mədəni azlıqlara münasibətdə yaxşı siyasəti həmvətənlərimizin bu gözəl ölkədə rahat və təhlükəsiz yaşayışını təmin edib. Azərbaycanın görkəmli elm, incəsənət nümayəndələri, həmçinin bəzi dövlət xadimləri Ukraynanın müxtəlif ali məktəblərində təhsil almaqla Ukrayna elmi fikrinin nailiyyətlərini mənimsəyiblər. Azərbaycanın bir çox cəsur oğulları Böyük Vətən müharibəsi illərində Ukrayna torpağının faşist işğalından azad edilməsi üçün həyatlarını qurban veriblər”.

Leyla Əliyeva əminliyini bildirib ki, Ukrayna forumunun iştirakçılarının səyləri sayəsində Ukraynanın azərbaycanlı gənclərini tarixi vətənlərinin milli-dini dəyərləri ətrafında birləşdirən platforma möhkəmləndiriləcək. Bu, xaricdə Azərbaycanın səmərəli təbliğatını təmin etməyə imkan verəcək və Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında gənclərin fəallığını artıracaq. Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə azərbaycanlı gənclərin inkişafına da istiqamətlənmiş gənclər siyasətinin həyata keçirilməsinə töhfə veriləcək.

Məktubda bildirilir ki, bugünkü nailiyyət, həmçinin gələcək üçün planlaşdırılan birgə layihələrin həyata keçirilməsi dövlətlərimizin ikitərəfli münasibətlərin bütün sahələrində yaxınlaşmağa və qarşılıqlı əməkdaşlığa istiqamətlənmiş kursunun doğru olduğunu təsdiq edir ki, bu da şübhəsiz, Ukrayna və Azərbaycan xalqlarının xeyrinə olacaq: “Bir daha Ukrayna Azərbaycanlı Gənclər Birliyinə Forumu uğurlu keçirməyi və qarşıya qoyulan məqsədlərə çatmağı arzu edirəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb