Leyla Əliyeva Novruz şənliyində iştirak edib

Leyla Əliyeva Novruz şənliyində iştirak edib
Bütün Xəbərlər
10:30 19.03.2014
611
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz bayramı münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib.Martın 18-də, ilaxır çərşənbəsi günündə uşaqlar üçün təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.Tədbirdə Novruz bayramı münasibəti ilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilib, viktorina və müxtəlif oyunlar keçirilib.
OXŞAR XƏBƏRLƏR