Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub

SİYASƏT
20:27 21.10.2026
117
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon” reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olub.

AZXEBER.COM xəbər verir ki, Leyla Əliyevaya mərkəzlərdə uşaqlara göstərilən təhsil, tibbi və sosial reabilitasiya xidmətləri barədə məlumat verilib.

Bildirilib ki, "İmkon” mərkəzlərində ixtisaslaşdırılmış məktəbəqədər təhsil, korreksiya məşğələləri, tibbi və sosial reabilitasiya, eləcə də ailələrə dəstək xidmətləri bir arada təqdim olunur. Bütün məşğələlər, prosedurlar və reabilitasiya proqramları ödənişsizdir.

Məktəbəqədər bölmələr 150 uşaq üçün nəzərdə tutulub. Burada 2–7 yaşlı uşaqların təhsili, korreksiya məşğələləri və gündə beş dəfə qidalanması təmin edilir.

Tanışlıq zamanı Leyla Əliyevaya xüsusi təchiz olunmuş kabinetlər, reabilitasiya zalları, sensor inteqrasiya və akvaterapiya məkanları, eləcə də uşaqların inkişafına yönəlmiş digər xidmətlər təqdim edilib. Uşaqlarla pediatrlar, ortopedlər, reabilitoloqlar, psixoloqlar, loqopedlər və defektoloqlar çalışırlar.

Qeyd olunub ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keyfiyyətli xidmətləri əlçatan etməkdir.

Mərkəzlər şəbəkəsində 2025-ci ildə 546 mindən çox məşğələ və prosedur həyata keçirilib. 2019–2025-ci illərdə isə onların ümumi sayı 1,5 milyona yaxın olub.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
21:10 21.10.2026
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
21:04 21.10.2026
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
21:02 21.10.2026
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
20:55 21.10.2026
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
Husilərin İraqdakı ofisləri bağlanır
20:52 21.10.2026
Husilərin İraqdakı ofisləri bağlanır
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
20:47 21.10.2026
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
20:43 21.10.2026
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
20:39 21.10.2026
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
20:36 21.10.2026
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
20:31 21.10.2026
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
20:27 21.10.2026
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
20:19 21.10.2026
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
20:15 21.10.2026
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
20:09 21.10.2026
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
20:05 21.10.2026
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
20:00 21.10.2026