Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkələrdəki rəsmi hesablarında bibisi Sevil Əliyeva ilə fotosunu paylaşıb.
Sözügedən foto mayın 25-də Londonda IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılan “Canlı həyat” adlı sərgidə çəkilib.
Leyla Əliyeva həmin şəkli #LiveLife (həyatını yaşa) həştaqı ilə paylaşıb.
Qeyd edək ki, sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. (qafqazinfo)
