Leyla Əliyeva uşaqlar üçün növbəti şənlikdə iştirak etdi - FOTOLAR

Leyla Əliyeva uşaqlar üçün növbəti şənlikdə iştirak etdi -  FOTOLAR
SOSİAL
01:41 24.06.2016
1859
İyunun 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə maraqlı şənlik təşkil olunub.Şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.Bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birinə topladı. Fondun təşəbbüsü ilə təşkil olunan şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşadılar.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə uşaqların şənliyinə qoşuldu. Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda iştirak etdilər, bu isti yay günündə hovuzda üzdülər, sevinclərini ətrafdakılarla bölüşdülər.Leyla Əliyeva uşaqlarla söhbət etdi, şənliklə bağlı fikirlərini öyrəndi, onlarla şəkil çəkdirdi. Uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri təəssüratlarını bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışdılar.Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəldi, onlara mənalı, maraqlı və unudulmaz bir gün yaşatdı. Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər, məharətlərini göstərdilər.Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu şənlik onlarla uşağı sevindirdi. Fondun himayəsi altında uşaqlarla bağlı həyata keçirilən aksiyalar ilk növbədə qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının tikilməsi məqsədi daşıyır.Bu dəfə də hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.Bayram şənliyində iştirak edən 200-yə yaxın uşağın təbəssümü onlara maraqlı bir gün bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
11:10 28.08.2025
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
10:57 28.08.2025
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
Məşhur meyxanaçı Azərbaycandan getdi
10:54 28.08.2025
Məşhur meyxanaçı Azərbaycandan getdi
Sabah daha 3 itkin-şəhid dəfn olunacaq
10:48 28.08.2025
Sabah daha 3 itkin-şəhid dəfn olunacaq
Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bu gün bəlli olacaq
10:32 28.08.2025
Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bu gün bəlli olacaq
DYP-dən küləkli hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
10:21 28.08.2025
DYP-dən küləkli hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT