Leyla Əliyeva Uşaqlara Tibbi Yardım Mərkəzində oldu - FOTOLAR

Leyla Əliyeva Uşaqlara Tibbi Yardım Mərkəzində oldu -  FOTOLAR
Siyasət
00:29 07.03.2014
1400
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kəllə-üz nahiyəsinin inkişafında qüsurlar olan və sinir sistemi xəstəlikləri ilə doğulmuş uşaqlara tibbi yardım üzrə Moskva Elmi-Təcrübə Mərkəzində olub.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı uşaqlara tibbi yardım üzrə ETM-in direktoru, tibb elmləri doktoru, professor, RTEA-nın akademiki, Rusiya Federasiyasının Əməkdar Həkimi Andrey Pritıko qarşılaşıb. O, 1995-ci ildə yaradılmış mərkəzin işindən danışıb və qeyd edib ki, ETM dövlət səhiyyə müəssisəsidir və uşaqlara həyatının ilk günlərindən 18 yaşınadək ixtisaslaşdırılmış tibbi yardım göstərir. Mərkəzdə yüksək ixtisaslı mütəxəssislər işləyirlər. Onların arasında 20 tibb elmləri doktoru, 32 tibb elmləri namizədi vardır. Mərkəzin bir çox mütəxəssisləri müəllimlik fəaliyyəti ilə məşğul olur, təcrübə və biliklərini gələcək həkimlərə öyrədirlər.Sonra Leyla Əliyeva neyrocərrahiyyə, yeni doğulmuş və vaxtından əvvəl doğulmuş uşaqların patologiyası, onkologiya şöbələrində yaradılmış şəraitlə tanış olub, kliniki-diaqnostika laboratoriyasını, şüa diaqnostikası şöbəsini, genetika xidmətini gəzib. Palatalarda Leyla Əliyeva xəstəxanada müalicə olunan uşaqlarla və onların valideynləri ilə söhbət edib. Hər bir şöbənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə metodları barədə məlumat verib. Uşaqların hər birinə Heydər Əliyev Fondu adından hədiyyələr paylanılıb.Leyla Əliyevaya mərkəzdə işləyən azərbaycanlı həkimlər təqdim olunub. Onlar qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvada təhsil almışlar.Sonra klinikanın rəhbərləri ilə işgüzar söhbət olub. Elmi-Təcrübə Mərkəzinin direktoru A.Pritıko qeyd edib ki, bizim mərkəzdə müalicə olunan uşaqlar əlamətdar günlərdə və bayramlarda Heydər Əliyev Fondundan hədiyyələr alırlar. O, xəstə uşaqlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlığını bildirib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda həyata keçirilən “Diabet xəstəsi olan uşaqlara daha çox qayğı” proqramından və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda tikilən Talassemiya Mərkəzinin fəaliyyətindən danışıb. Görüşdə Moskva mərkəzi ilə Azərbaycanın tibb müəssisələri arasında palliativ yardım sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub.Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi əlamətdar günlər və bayramlar ərəfəsində Elmi-Təcrübə Mərkəzində müalicə olunan uşaqları təbrik edir, onlara oyuncaq və şirniyyat verir, mərkəzə isə məişət texnikası bağışlayır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbaxça" 24,8 milyon avroluq ödənişi əldən verdi
15:50 28.08.2025
"Fənərbaxça" 24,8 milyon avroluq ödənişi əldən verdi
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
15:49 28.08.2025
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!