Leyla Əliyeva valideynlərini belə təbrik etdi – Foto

Leyla Əliyeva valideynlərini belə təbrik etdi – Foto
SOSİAL
14:10 23.01.2019
5845
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dövlət başıçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanı evlilik ildönümləri münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, Leyla Əliyeva evliliklərinin 36 illiyini qeyd edən valideynlərinə sosial şəbəkə vasitəsilə təbrikini ünvanlayıb.

"36 il birlikdə! Allah bütün valideynlərə möhkəm cansağlığı və uzun ömür versin!” deyə, L.Əliyeva qeyd edib.

Xatırladaq ki, İlham Əliyev və Mehriban Əliyeva 1985-ci ildə ailə qurub. Onların üç övladı var.
 

 


OXŞAR XƏBƏRLƏR