Leyla Əliyevanın deputat seçkilərində namizəd olması ilə bağlı yayılan xəbərlərə - RƏSMİ REAKSİYA

SİYASƏT
02:29 07.07.2015
3731

Heydər Əliyev Fondu Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürəcəyi ilə bağlı məlumatları təkzib edib.

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamenti iyulun 6-da bəzi kütləvi informasiya vasitələrində Fondun vitse-prezidenti Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib:

“Leyla Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda incəsənət, sosial, ekoloji sahələrdə müxtəlif layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Lakin hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətə uyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”.

OXŞAR XƏBƏRLƏR