Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirilib

SOSİAL
13:55 23.05.2020
586

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, on ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada "Ramazan çadırı” adlı mədəni-xeyriyyə layihəsi həyata keçirilir. 

Müqəddəs Ramazan ayında bütün arzu edənlər iftar vaxtı bu çadıra şam yeməyinə və peşəkar milli kollektivlərin çıxışlarını dinləməyə gəlirlər.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi təşkil edir. Bu il koronavirus epidemiyasına görə "Ramazan çadırları” ləğv edilib, amma könüllülər ehtiyacı olan insanlara ərzaq məhsulları və hazır yeməklər aparırlar. Rusiya Müftilər Şurasının bu xeyriyyə proqramında Azərbaycan da iştirak edib. Bununla əlaqədar, "Şatyor-TV”-nin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.

Buraxılışda qeyd edilib ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi "Zəkat” Fondu ilə birlikdə ehtiyacı olan insanlara ərzaq dəstləri çatdırılmasında iştirak ediblər. Buraxılışın aparıcısı əvvəlki illərdə keçirilən Azərbaycan axşamlarını xatırlayaraq, belə aksiyaların əhəmiyyətini qeyd edib, müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: "Qoy Ulu Tanrı sizin xeyirxah əməllərinizə bərəkət versin!”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:37 23.11.2020

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

23:04 23.11.2020

Teymur Rəcəbov erməni Levon Aronyana qalib gəldi

22:43 23.11.2020

Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət - VİDEO

22:23 23.11.2020

İlham Əliyev və xanımının Ağdam səfərindən - Fotolar

21:57 23.11.2020

Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

21:25 23.11.2020

Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO

21:06 23.11.2020

İqor Korotçenko: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

21:04 23.11.2020

Ağdama yol çəkilir - FOTO

20:53 23.11.2020

İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində olublar - FOTO-VİDEO

20:25 23.11.2020

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət etdi

20:06 23.11.2020

Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”

19:39 23.11.2020

Rusiya sülhməramlısı Qarabağda yaralandı

19:33 23.11.2020

Qarabağda yeganə Rus Pravoslav Kilsəsi də erməni vandalizminin qurbanı olub - FOTO

19:06 23.11.2020

İctimai iaşə müəssisələrində karantinin tələblərini tətbiq edən şəxs olacaq

19:06 23.11.2020

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

18:28 23.11.2020

İlham Əliyev: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək"