Leyla Məmmədzadə maskalılar tərəfindən necə həbs olunduğunu açıqladı

Leyla Məmmədzadə maskalılar tərəfindən necə həbs olunduğunu açıqladı
SOSİAL
13:33 15.10.2018
1923

Rusiyanın "Summa” şirkətlər qrupunun keçmiş rəhbəri, holdinqin səhmdarları, dağıstanlı milyarder qardaşlar Ziyavuddin Maqomedovun və qardaşı Maqomed Maqomedovun həbsindən bir müddət sonra vəzifəsindən istefa verən Leyla Məmmədzadə ilk dəfə baş verənlər haqda danışıb.

AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan və ABŞ-da təhsil almış Leyla Məmmədzadə RBK-ya geniş müsahibə verib. Federal Təhlükəsizlik Xidmətinin maskalıları tərəfindən necə həbs olunduğu və dindirildiyi barədə danışıb, habelə Maqomedov qardaşları ilə münasibətlərindən bəhs edib.

Leyla Məmmədzadə deyib ki, Maqomedov qardaşlarının niyə həbs olunuğunu bilmir. "Mən Ziyavuddin Maqomedovu müstəsna olaraq parlaq, talantlı, yeni ideyalarla ruhlandıra bilən, böyük və miqyaslı adam kimi tanıyıram. Qəti əminəm ki, o günahkar deyil və bütün bu baş  verənlər böyük anlaşılmazlıqdır”-keçmiş baş menecer bildirib.

 

Rusiya Federasiya Şurasının keçmiş üzvü, milyarder və çoxprofilli "Summa” şirkətlər qrupunun sahibi Ziya Maqomedov, qardaşı Maqomed və holdinqin bəzi vəzifəli şəxsləri 2018-ci ilin martında həbs olunublar. FTX əməkdaşları Ziya Maqomedovu şəxsi təyyarəsi ilə Mayamiyə uçmaq istəyərkən saxlayıb. Hazırda Maqomedov qardaşları Lefortovo təcridxanasında saxlanılırlar. Onlar baş nazir Dmitri Medvedyevə yaxın oliqarxlar hesab edilirdilər və bəzi məlumatlara görə Rusiya hökumətinin rəhbəri "Summa” qrupunda 20 faizlik paya da malikdir.

L.Məmmədzadə deyir ki, Maqomedov qardaşlarına qarşı qaldırılmış cinayət işinin epizodları barədə nəsə deyə bilməz. Çünki orada yazılanlar 2013-2015-ci illərə aiddir. "Həmin illərdə isə mən "Summa”da işləmirdim. "Qəsd nəzəriyyəsi” versiyası barədə nəsə demək isə çətindir. Çünki mənim öz nəzəriyyəm, versiyam yoxdur. Olsaydı baş verənləri daha asan dərk edə bilərdim”-o deyib.

L.Məmmədzadə Maqomedovların işi çərçivəsində onu da saxladıqlarını təsdiq edib. "Doğrudur, məni də həbs etmişdilər. Həmkarımla birlikdə "Kofemaniya”ya getmişdik. Və birdən o mənə deyir: ola bilməz, bu nədir belə? Dönüb baxıram, görürəm bir dəstə maskalı, silahlı adam. Onlardan biri mənə deyir: Məmmədzadə sizsiniz? Siz həbs olunursunuz. Əvvəlcə mən hesab etdim ki, bu bizim holdinqin səhmlərinin alqı-satqısına dair hazırlanan sövdələşmə ilə bağlıdır və ona mane olmaq istəyirlər. Həmin "möhtəşəm” dustaq maşınına mindik və mənim evimə axtarışa yollandıq. Qapını döyürəm, uşaqlarımın dayəsi açır: mən pilləkəndə durmuşam, arxamda isə FTX-nin maskalı 10 əməkdaşı. Yəqin ki, qonşularım bu mənzərəni uzun müddət unutmayacaq! Amma axtarış cəmi iki saat çəkdi və heç bir cəhənnəm olmadı, sonra biz DİN-in İstintaq Departamentinə dindirmə üçün getdik...”-azərbaycanlı keçmiş baş menecer danışır.

Leyla Məmmədzadə bildirir ki, onu iki gün-martın 30-da və 31-də dindiriblər. "Summa”nın fəaliyyəti ilə bağlı bütün epizodlar üzrə suallar verilib. Müstəntiqlər özlərini çox peşəkar və nəzakətli aparıblar. Dindirmə gecə yarısına qədər davam edib.

"Gizlətməyə nəyimsə yox idi, bütün arayışları təqdim etdim. Cinayət işinin birinci epizodunda mən  uşaq doğmuşdum, ikinci epizodda isə dekretdə olmuşam. Görəndə ki, həmin epizodlar üzrə məsuliyyət daşımıram və o vaxt "Summa”da işləmədiyim barədə sübutlarım var, əl çəkdilər. Məni saxlamaq üçün obyektiv səbəb yox idi”-keçmiş menecer deyir. O bildirir ki, həmin vaxtdan sonra bir daha istintaqa çağırılmayıb və cinayət işində adı nə şahid, nə şübhəli qismində keçmir.

42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə Bakıda anadan olub, ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın "Halliburton” şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi "Royal Dutch Shell”də həmin sahəyə rəhbərlik edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
16:20 27.08.2025
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
16:15 27.08.2025
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı