Gənc müğənni Leyla Ramazanlı bir neçə gün bundan öncə Azərbaycanın Xızı rayonunda uşaqların sevimli mahnısı olan “Cücələrim” mahnısına klip çəkdirib.
AZXEBER.COM-un məlumatına görə, mahnını gənc ifaçı çox fərqli tam müasir tərzdə ifa edib.Gənc müğənninin piar meneceri (mətbuat katibi) Ceyhun Məhərrəmovun bildirdiyinə görə gənc müğənni bu klipi Sentyabr ayında tamaşıçılarının öhdəsinə buraxacaq.
Bundan əlavə müğənninin ifasında yep yeni mahnı dinləyiciləri tezliklə eşidiləcək. Beləliklə “Unut” adlı mahnını təxminən müğənni bu ayın sonunda dinləyicilərə təqdim edəcək.
Mahnının sözləri Arzu Əsədov, musiqisi İsmail Əsədova məxsusdur. Mahnı çox fərqlidir. Gənc müğənni ümüd edir ki,mahnı onun yaradıcılıqında uğur gətirəcək...