Leyla və Arif Yunusların şikayəti təmin olunmadı

Leyla və Arif Yunusların şikayəti təmin olunmadı
SOSİAL
11:53 11.03.2016
2137
Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun şikayətinə baxılıb.
Vəkil Elçin Sadıqov açıqlamasında bildirib ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb: "Şikayətimiz təmin olunmadı. Qərardan kassasiya şikayəti verəcəyik".
Qeyd edək ki, Yunuslar müalicə almağa xaricə getməyə görə icazə verilməsi üçün Yasamal rayon məhkəməsinə müraciət ediblər. Onların müraciəti təmin edilməyib.
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR