Leyla Yunus həbs edildi?

SİYASƏT
13:04 30.07.2014
866

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbs edilib. 

Bu barədə məlumatı Musavat.com-a hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunus verib. Onun sözlərinə görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna tədbirə gedərkən Leyla Yunusun olduğu avtomobil saxlanılıb və üç nəfər hüquq müdafiəçisini maşından düşürərək naməlum istiqamətdə aparıblar.

Arif Yunus onu da bildirib ki, hazırda yaşadıqları binanın həyətində 6 nəfər mülki geyimli şəxs var. O, özünün də həbs olunacağını istisna etmir.

OXŞAR XƏBƏRLƏR