Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinə dəvət edilib O, auditoriyanın diqqətini oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində insan hüquqları ilə bağlı problemə yönəldib. Xüsusilə, L.Yunus sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasını qeyd edib və deyib ki, Azərbaycana sanksiyalar tətbiq olunmalıdı. Hüquq müdafiəçisi "Freedom House" təşkilatının son hesabatının da təqdirəlayiq adlandırıb.
AZXEBER.COM məsələylə bağlı hüquq müdafiəçisi Səadət Bədəryarlının fikrini öyrənib. O deyib ki, L.Yunus hər zaman lazımsız mövzular haqqında danışıb: “Freedom House” bir dövlətin qeyri-hökümət təşkilatıdır. Bu baxımdan onun Azərbaycanda hər hansı bir sanksiya tətbiq etməsi mümkün deyil. Bu cür ciddi olmayan sözlərin təkrar olunmasını anlamaq çətindir. Azərbaycanda Leyla Yunusun siyasi fəaliyyəti birmənalı qarşılanmır. Həmişə olduğu kimi,əsas mövzular olduğu halda, o məhz ayrı-ayrı lazımsız mövzular haqqında danışmağa başlayır”.
Qeyd edək ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu Leyla Yunusun hər zaman Rusiyaya işlədiyini bildirib. O, L.Yunusun ona qarşı fikirlərini siyasi nüfuzuna olan paxıllıq ilə əlaqələndirib: “L.Yunus ömür boyu Rusiyanın əlində olub, indiyə kimi deməmişəm indi deyirəm. Hər zaman Rusiyanın agenti olub, ağzımı açdırmasın. O və qaynı kimilər sadəcə mənim siyasi nüfuzuma paxıllıq edirlər”.
Fatimə İbrahimova