“Leyla Yunusun həbsinin siyasiləşdirilməsi yolveriməzdir” - Çingiz Qənizadə

SİYASƏT
19:30 31.07.2014
1162

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə:

“Leyla Yunusla bağlı məsələ xeyli müddətdir ki, davam edirdi. Əgər onun saxlanılması siyasi sifariş olsaydı elə o vaxt da həbs olunardı”. Bu açıqlamanı, millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Leyla Yunusun həbsinin siyasiləşdirilməsinə münasibət bildirərkən deyib.

Ç.Qənizadə qeyd edib ki, L.Yunus həbs olunana qədər dəfələrlə istintaqa dəvət olunub, buna baxmayaraq o, müəyyən bəhanələrlə ifadə verməkdən yayınıb və müxtəlif variantlarla tələblər ortaya atıb: “Qanun hüquq müdafiəçisi, dövlət məmuru ümumən hamı üçündür. Buna görə də hüquq-mühafizə orqanlarının çağırışlarına da vaxtında getmək lazımdır. Dünən isə onun məcburi qaydada gətirilməsi və barəsində 3 aylıq həbs qəti imkan tədbirinin seçilməsi onu göstərir ki, hüquq mühafizə orqanlarının əlində kifayət qədər tutarlı faktlar və dəlilər var. Bu belə olmasaydı bu ittihamlar ortaya atılmazdı”.

Ç.Qənizadə deyib ki, dövlətə xəyanət maddəsi ilə ittiham olunan Leyla Yunusun işinin müəyyən detallarını ictimaiyyətə açıqlamaq olmaz: “Bu məsələ gizli saxlanılmalıdır. Yəni müəyyən məsələlərin açıqlanması yolverilməzdir və gizli saxlanılır. Bu həm dövlət maraqlarından, həm də digər iştirakçıların saxlanılması məqsədi ilə edilir. Bu baxımdan da onun həbsini siyasi adlandırmaq yolverilməzdir”.

“Bəzi müxalif dairələr hökumətin əleyhinə işləyən, ona xəyanət edən insanların həbsini siyasi adlandırır. Ancaq hansısa bir məmurun tutulmasını alqışlayırlar. Hesab edirəm ki, bu məsələlərə birtərəfli yanaşmadır Ona görə də Leyla Yunusun həbsi ilə bağlı məsələnin siyasiləşdirilməsi yolveriməzdir”, - deyə Ç.Qənizadə vurğulayıb.

///SİA.az
OXŞAR XƏBƏRLƏR