Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
SOSİAL
12:52 06.11.2017
6301

Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-19°, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.  

Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz  hava şəraiti gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10°, gündüz 17-22°, dağlarda gecə 0-5°, gündüz  9-14° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 8-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

OXŞAR XƏBƏRLƏR