Leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Leysan yağacaq, dolu düşəcək - PROQNOZ
SOSİAL
12:57 07.07.2017
11691
İyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Bakıda gecə 21-23° isti, gündüz 29-31° ,
 
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36°, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza gəlincə isə, yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin yaratdığı nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR