Dünən gecə saatlarında güclü külək və leysan nəticəsində İsmayıllı-Lahıc yolu da bir müddət bağlı qalıb.
Qəbələ-İsmayıllı-Bakı magistral yolunun Xanagah kəndindən keçən hissəsində 10 ədəd ağac kökündən aşaraq yolun bir tərəfinin bağlanmasına səbəb olub.
5 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin texnikaları vasitəsilə həmin yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.










































