“Bir oğlan dostum, bir də qız rəfiqəm var”.
Şəfəq Nəsirova - Azərbaycanın qızlardan ibarət U-19 millisinin üzvüdür. 6 yaşından futbol oynayır. Sevdiyi məşğuliyyətlərdən biri skeyt sürməkdir. Futbola aşiq olduğunu deyir.
AZXEBER.COM fərqli bir imicə sahib xanım idmançının Publika.az-a verdiyi müsahibəni təqdim edir.“Futbola görə məktəbimi dəyişdim”“1996-cı il mayın 24-də Şamaxıda anadan olmuşam. Birinci sinfə Nizami rayonu 212 saylı məktəbdə getmişəm. Futbola görə məktəbimi dəyişməli oldum - 201 saylıya keçdim.
Normal, sadə ailədə böyümüşəm. Ailəmiz bacım, mən və anamdan ibarətdir. Bacım məndən böyükdür, hazırda ali təhsil alır”.-Dediniz ki, anam və bir bacım var. Bəs atanız?..
- Anamla atam mən hələ uşaqkən ayrılıblar...-Futbola nə zaman başladınız?
- Futbolla 6 yaşımdan məşğul olmağa başlamışam. Oğlanlardan ibarət komanda var idi. Həvəskar bir klub idi. Adını dəqiq bilmirəm. Səhərlər məşq keçirdilər. Mən də onlara qatılırdım.
Oğlan komandasında qız futbolçu-Futbola həvəsiniz necə yarandı?
- Məhəllədə futbol oynayırdım, eşitdim ki, oğlanlar bir kluba gedir, onlara qoşulub getdim. Bir sözlə, futbola çox həvəsli idim.-Ailəniz bu qərarınızı necə qarşıladı?
- Çox yaxşı.-Sonra necə davam etdiniz? Təbii ki, sonuna qədər oğlan klubunda ola bilməzdiniz.
- Qızlardan ibarət futbolçularla işləyən bir məşqçi gəldi. Məni qızların komandasına çağırdı. O vaxt “Gömrükçü” komandası var idi. Bundan saonra “Ruslan93” klubuna getdim. Orada bir ay oynayıb yenidən “Gömrükçü”yə qayıtdım. 7 il “Gömrükçü”də oynadıqdan sonra milli komanda yarandı və ora dəvət olundum.-İndi yalnız millidə oynayırsınız? Klub karyeranız yoxdur?
- Hazırda milli komandada oynayıram. Bundan əlavə, bir klubdan təklif gəlib. Klub İspaniyanın Madrid şəhərinin təmsilçilərindədir. Oradan dəvət göndərilib. Amma hazırda klubun adını açıqlaya bilmərəm, gizlidir.-Nə zaman açıqlamağı düşünürsünüz?
- Klubla müqavilə bağlandıqdan sonra, yəqin ki, AFFA özü də bu barədə məlumat verəcək. O zaman mən də rahat şəkildə açıqlama verəcəm. İndi Azərbaycandayam, klubun düşərgəsinə getməmişəm.-Bəs, milliyə sizi necə gətirdilər? Milli komandadan oyununuzu kim bəyənib?
- Mən böyüklərlə klubda oynayırdım deyə artıq hamı məni tanıyırdı. Heyət toplaşanda ilk yığmaya məni çağırmışdılar. Onu da deyim ki, məni milliyə dəvət edəndə ailəm çox sevindi. Qürur duydular.-Neçə dəfə millinin formasını geymişiniz? Və neçə qol vurmusunuz?
- Dəqiq say deyə bilmərəm. Amma bugünədək qızlardan ibarət milli komandamızın bütün formalarını geymişəm, istisna hallar olub. O da əgər zədəli olmuşamsa, meydana çıxa bilməmişəm. Bu da çox az olub. İndi müdafiəçiyəm. Ancaq müdafiədən də qollar vurmuşam – 2-3 qol. Hücumçu mövqeyində olarkən 4 qol vurmuşam. Qeyd edim ki, iki oyuna hücumçu kimi çıxmışam. Yarımmüdafiəçi olanda da daha çox qollar vurmuşam.-Millidə ilk qolunuz?..
- Dəqiq yadımda deyil, amma Avropa çempionatında Xorvatiyanın qapısına vurmuşdum, səhv etmirəmsə...-2013-cu ildə bir dubla imza atmısınız...
- Bəli, Gürcüstanla oyunda olub. Hücumçu idim həmin vaxtlar.-Bəs sizin üçün futbol çətin peşə deyildimi?
- Xeyr, sevdiyim işi seçmişdim. Ona görə də mənim üçün heç bir çətinlik olmayıb. İndi də yoxdur.-Valideynləriniz demədilərmi: “Qızım, futbol sənə yaraşmaz, qız üçün bir məşğuliyyət seç”?
- Xeyr, heç vaxt demədilər. Hətta uşaqkən anam özü mənə futbol topları alırdı.-Dediniz ki, oğlanlarla futbol oynayırdınız. Bəs heç oğlanlarla davanız çıxdımı?
- Yox, oğlanlarla futbolda heç bir davam olmayıb.-Bəs futboldan kənar?
- Olmayıb.-Uşaqkən öz yaşıdınız qızlar soruşurdumu: “Şəfəq, oğlanlarla niyə oynayırsan, bizimlə oyna”...
- Xeyr, elə şeylər olmayıb, çünki həyətdə elə də yaxınlarım olmayıb, mən ancaq futbolda olmuşam.-Oğlan dostlarınız çoxdur, qız?
- Yaxınlarım, tanışlarım, ətrafım çoxdur, amma bir oğlan dostum, bir də qiz rəfiqəm var.-Qadın futboluna maraq qaneedicidirmi? Sizcə, Azərbaycanda nə vaxtdan qadınların da futbol oynaya biləcəyi qəbul olundu?
- Milli yığılandan sonra. Çünki qadın futboluna federasiyanın çox böyük dəstəyi oldu. Bizə göstərilən dəstək özümüzə inamı artırdı. Məncə, biz də bu inamı doğrultmaq üçün bacardığımızı göstərmişik.-Deyəsən, komandadakı milliləşmiş qızlara dilimiz öyrədilir...
- Bəli, onlarla oyunlarda da Azərbaycan dilində danışırıq. Çünki öyrəniblər.-Bəs, sizin hədəfləriniz nədir?
- Hədəfim yaxşı klublarda oynamaq və milli komandada yer tutmaqdır.-Şəfəq Nəsirova bu gün az da olsa, tanınır, qollar vurur. Buna görə qürur duyanda var, qibtə edən də... Sizcə, hazırda atanız uzaqdan sizi görüb qızı haqda nə düşünür?
- Anamla ayrılsalar da, atamla həmişə danışıram. Atam mənimlə fəxr edir. Oyunlarıma da baxıb.-Hansı futbolçularla tanışlığınız var?
- Kamran Ağayevlə... Oğlan dostum dediyim adam da futbolla məşğuldur. Amma millidə oynamır, ona görə adını demədim.-Qol vurduğunuz zaman, matçdan həmən sonra ilk kimə zəng edib sevincini bölüşürsünüz?
- (gülür) Heç kimə...-Bir az da futboldan kənar sual verim icazənizlə. Deyəsən, siz də ali təhsili ikinci plana atan idmançılardansınız.
- Mən orta məktəbi bitirib hazırda futbolla məşğul oluram. Ali təhsilə başlamamışam. Təbii ki, təhsil almağı düşünürəm, ancaq hələlik başım futbola qarışıb.-Sizcə, oğlanlar sizə sevgi etirafı etməkdən qorxurlarmı? Heç belə hadisə başınıza gəlib?
- (gülür) Bilmirəm. Eşitməmişəm də.-Şəfəq, niyə fərqli imicdəsiniz? Hər gənc qız kimi geymirsiniz? Bir sözlə, oğlan imicindəsiniz...
- Elədir, çünki bu cür geyməyi xoşlayıram.-Nə vaxtdan bu imicdəsiniz?
- Uşaqlıqdan...-Deyilənə görə, futbol oynayan qızlar arasında lezbianlar var. Bu haqda eşitmisinizmi?- Bu suallar futbola aid deyil deyə cavablandırmıram.
-Nəsə problemli bir sual verdim?
- (əsəbiləşib) Problemli sual deyil. Sadəcə, yenə deyirəm, belə suallar gözləmirdim. Mən futbolla bağlı cavab verirəm... Bunun heç bir mənası yoxdur. Mənasızdır.-Daha neçə il futbol oynamağı düşünürsünüz?
- Haçan bilsəm ki, gücüm qalmayıb, gedəcəyəm. Dəqiq deyə bilmərəm, çünki sabah nə olacağını bilmirik.-Maşallah, əzələli bir xanımsınız. Oğlan cüssəli... Yəqin, futboldan əlavə, trenajorla da məşğulsunuz? Necə eldə etmisiniz bu bədəm formasını?
- Bizim fitness məşqçimiz var, onun tapşırdığı məşqlər, verdiyi qrafiklər sayəsində...









