Bir neçə aksiya iştirakçısı LGTB bayrağına bürünüb.
Ötən gün iyunun 13-də, bir qrup LGTB nümayəndəsi ABŞ-ın Bakıdakı səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.
AZXEBER.COM Turan agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Amerikanın Orlando şəhərində Əfqanıstan əsilli şəxsin 50 gey və lesbiyanı qətlə yetirdiyi terror aktının qurbanlarına dəstək ifadə ediblər.
Aksiya iştirakçıları “Homofobiyaya yox” və “Homofobiya öldürür” şüarları yazılmış plakatlar qaldırıblar. İştirakçıların bəziləri LGTB bayraqlarına bürünüblər.