LGBT haqda film qarşıdurmaya səbəb oldu

LGBT haqda film qarşıdurmaya səbəb oldu
MARAQLI
20:01 08.11.2019
17670

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən "Amirani” kinoteatrı yaxınlığında polis əməkdaşları və radikal millətçi qruplaşmalar arasında qarşıdurma baş verib.

"Report”un yerli bürosu xəbər verir ki, qarşıdurmaya səbəb kinoteatrda LGBT mövzusunda çəkilən "Və sonra biz rəqs etdik” ("And Then We Danced”) filminin bir neçə saatdan sonra keçiriləcək premyerasıdır.

Ultramillətçilər kinoteatra daxil olmağa cəhd ediblər. Polis onların qarşısını alıb. Etirazçılar filmin ilk nümayişinə imkan verməyəcəklərini bildiriblər.

Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub.

Millətçilərin təmsil olunduğu "Gürcü marşı” təşkilatı və onun tərəfdarları "Amirani” kinoteatrı yaxınlığında LGBT bayrağını yandırıblar.

Gürcü rejissor Levan Akinin eynicinsli iki gəncin sevgisindən bəhs edən ekran əsəri Gürcüstan cəmiyyətində böyük narazılıq doğurub. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.

Səs-küylü filmin noyabrın 10-dək Tbilisi ilə yanaşı, Batumi kinoteatrlarında da nümayiş etdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, "Və sonra biz rəqs etdik” filmi Gürcüstanın "Takes Film” və İsveçin "French Quarter Film” şirkətlərinin birgə istehsalıdır. Qalmaqallı və ziddiyyətli ekran əsəri son illərin ən uğurlu gürcü filmlərindən biri hesab olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
01:36 10.10.2025
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
00:45 10.10.2025
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
00:04 10.10.2025
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
Gəncədə itkin düşən məktəbli tapılıb
23:47 09.10.2025
Gəncədə itkin düşən məktəbli tapılıb
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
23:44 09.10.2025
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
23:35 09.10.2025
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
23:29 09.10.2025
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
23:13 09.10.2025
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
22:57 09.10.2025
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü