Lider televiziyası bir neçə aylıq fasilədən sonra yenidən "Səda”nın 13:00 xəbər buraxılışını bərpa edib.
Artıq tamaşaçılar günün bu saatında da Liderin efirindən ölkəmizin daxilində və xaricində baş verənləri ətraflı öyrənə bilərlər.
Qeyd edək ki, hazırda telekanalın "Səda” informasiya buraxılışının təqdimatında həftə içi saat 13:00-da və 19:00-da canlı xəbər proqramları yayımlanır. Xəbər departamentinin analitik verilişləri də həftəlik efirə verilir.
///BakuPost