Lider TV-də yayımlanan "Tor" verilişinin çəkilişi zamanı xoşagəlməz hal yaşanıb.
AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən jurnalist Tural İsmayılovun başına iş gəlib.
Belə ki, verilişdə Azərbaycan ədəbiyyatı müzakirə olunub. Çəkilişdən sonra jurnalistin başına oyun gəlib. Buzlu havada yıxılan jurnalistin ayağı sınıb.
Hadisə yerinə təcili tibbi yardım gəlib və xəstəxanaya aparılan jurnalistin əməliyyata ehtiyacı olduğu deyilib. O əməliyyat olunub.
Tural İsmayılov əməliyyatdan sonra deyib: "Əməliyyatdan çıxdım, sümüyüm ağrıyır dəhşət, mənlə maraqlanan, yanımda olan, ziyarətimə gələn bütün dostlara təşəkkür edirəm. Hələ bir 5 gün xəstəxanada yatacam, sonra da iki-üç həftə evdə dincələcəm".
Qeyd edək ki, "Tor" verilişinin qalmaqallı buraxılışı cümə günü saat 22:00-da "Lider TV"də yayımlanacaq.