"Lider TV" səhər verilişinin formatında dəyişiklik edib.
AZXEBER.COM xəbər verir ki, ekrana yeni formatda çıxan "Səda Səhər” sırf cəmiyyət üçün faydalı məlumatlar, maarifləndirici və bol xəbər üzərində qurulub.
Lider TV-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Sədan Bünyadova bu barədə danışaraq bildirib ki, "Səda Səhər” fevralın 5-dən etibarən həftənin 5 günü səhər saat 9-dən 11-dək efirdə olacaq: "Səda Səhər”də izləyicilərə ən son xəbərlər çatdırılacaq, aktual mövzular və hadisələrə münasibət bildirirləcək. "Ekonomiks”, Texnopark”, "AR klub”, "Dizayn+” "Sağlam qidalanma” və "Hava proqnozu” kimi rubrikalardan ibarət olacaq proqramda maarifləndirici, faydalı məlumatlardan ibarət reportajlar yer alacaq. Məqsədimiz hər bir tamaşaçının zövqünə uyğun səhər efiri təqdim etməkdir”.
Qeyd edək ki, "Səda Səhər”in baş redaktoru "Səda” İnformasiya Departamentinin rəhbəri Aynur Vəliqızıdır.