BMT İnsan Haqları Şurası Şri Lankada 2009-cu ildə ordunun Tamillərə qarşı başlatdığı qətliam barədə yeni detallar əldə edib. BMT İnsan Haqları Şurasının iclasında təqdim olunan video görüntüdə Tamil İstiqlal Pələnglərinin lideri Velipullai Parabkaharanın 12 yaşlı oğlunun öldürülməsi də nümayiş olunub.Qeyd edək ki, yarı çılpaq vəziyyətdə çiynində adyalla oturan 12 yaşlı Balaçandran Parabhakara əvvəl verilən çörəyi yeyir, daha sonra isə güllələnərək öldürür.İngiltərənin “Channel 4” kanalında nümayiş olunan “Şri Lankanın ölüm tarlaları: Müharibə cinayətləri cəzasız qaldı” adlı sənədli filmi şərh edən məhkəmə tibbi ekspertizasının mütəxəssisi Derrik Pounder, 12 yaşlı Parabhakarln öldürülmdən əvvəl 5 nəfərin güllələnməsinə şahid olduğunu deyib.BMT-nin hesabatına görə, Şri Lanka ordusu 2009-cu ildə keçirilən hərbi əməliyyatlarda 40 000 mülki əhalini öldürüb.