Liftlərə nəzarət necə həyata keçirilir? - VİDEO

Liftlərə nəzarət necə həyata keçirilir? - VİDEO
SOSİAL
17:46 23.06.2022
207

Bakıda bəzi yaşayış binalarında liftlərlə bağlı problemlərə rast gəlinir. Xüsusilə, köhnə tikililərdə belə hallar daha çox müşahidə olunur. 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı "Xəzər TV”-də yayımlanan "Xəbər ertəsi” verilişində maraqlı süjet efirə gedib. 

Süjetdə Xətai rayonu, Xudu Məmmədov 9 ünvanındakı doqquz mərtəbəli binadakı vəziyyət işıqlandırılıb. Eləcə də, ərazidə yaşayan sakinlərin də fikirlərinə yer verilib. Onların sözlərinə görə, digər yerlərdə liftlər yenilənsə də, sözügedən binada hələ bir dəyişiklik edilməyib: "Şikayət edirik, həmişə də deyirlər ki, vaxtı çatanda dəyişiləcək. Lift cümə günü xarab olduqda, düzəlməsi üçün bazar ertəsini gözləməli oluruq. Çünki qeyri- iş günləri heç kəs lifti düzəltmir”.   

Oxşar vəziyyətlə hətta yeni tikililərdə də qarşılaşmaq olar. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18 ünvanındakı 16 mərtəbəli binanın liftləri yeni olsa da, yararsız haldadırlar. Sakinlər bildiriblər ki, tez-tez təmir olunan liftlər, elə tez də sıradan çıxır.  

Əmlak məsələləri üzrə ekspert Vüqar Oruc deyib ki, problem əsasən, liftlərin istismar müddətində yox, inşaat işləri zamanı yaranır. Bəzi tikinti şirkətləri xərclərini azaltmaq üçün ucuz liftlər almağa çalışırlar. Həmin qurğular da texniki cəhətdən zəif olduğundan istismar müddətləri də az olur: "Texniki baxımdan o qədər də müasir olmayan liftlər 25- 30 il istismara dayanıqlı olur. Lakin yeni liftlərdə 5-10 ildən sonra ciddi texniki problemlərlə qarşılaşırsan”.

Ekspert bildirib ki, binaların tikintisi zamanı həmin qurğuların keyfiyyəti ciddi şəkildə nəzarətə götürülməlidir. Liftlərə nəzarət mütəmadi həyata keçirilməli, dəyişdirilməsinə ehtiyacı olan qurğular barəsində isə vaxt itirmədən tədbirlər görülsə, heç bir narazılıq da yaranmaz: "Hazırda sovet dövründə inşa edilmiş binalarda dəyişdirilməmiş liftlər var ki, onların istismarı çox ciddi təhlükə yaradır”.   

Süjetdə Lifttəmir İstehsalat Birliyindən bildirilib ki, qurum paytaxtdakı mənzil-kommunal təsərrüfatı təşkilatlarının balansındakı binalarda 5 min 342 ədəd liftə müqavilə əsasında xidmət göstərir. Hər ay bu qurğulara növbəli şəkildə baxış keçirilir və yalnız texniki təhlükəsizliyə cavab verən liftlərin istismarına icazə verilir. Son illər ərzində isə Bakı şəhəri üzrə ümumilikdə 1206 lift yenisi ilə əvəzlənib. Həmçinin qeyd edildi ki, yeni tikili binaların liftlərinə nəzarət və təmir işləri həmin binaları tikən Mənzil-Tikinti Kooperativləri həyata keçirirlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"