"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sumqayıt"la oyundan (2:1) sonra mətbuat konfransı keçirib.
AZXEBER.COM sport24.az-a istinadədn bildiriri ki, o, əvvəlcə matç haqda fikirlərini bildirib.
- Futbolçulara sonadək səbr etdiklərinə görə təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlər daim möhtəşəm olub. Bu da səfərdə oynayan komandaya çətinliklər yaradır. Komandamızı təbrik edirəm.
- Fasilədən sonra geri çəkilməyinizin səbəbi nə idi?
- Bəzən elə epizodlar olur ki, geriyə çəkilirsən. Əsas odur ki, səbrlə oynadıq. Bəzi hallarda lazım olanı etməsək də, buna da nail olacağıq.
- Rəqib iki dəfə 100 faizli qol epizodunu qaçırdı. Bəxtiniz gətirdi, deyilmi?
- Əsas odur ki, qalib gəldik. Gənc futbolçularımız var, bəzən səhvlərə yol verirlər.
- Fikirinizcə, 21 yaş limiti komandanıza mane olur?
- Hesab edirəm ki, limit Azərbaycan futboluna mane olur