AZXEBER.COM xəbər verir ki, hadisə Ağsu bazarında qeydə alınıb.
Zərərçəkən şəxs ifadəsində bildirib ki, şəhid atasıdır. Yoldaşı ilə birgə oğullarının mövludu münasibətilə tədarük almaq üçün bazara gediblər. Limonu seçib yığarkən satıcı icazə verməyib və sonra yığdıqlarını da əllərindən alaraq, yerinə qoyub. Bundan sonra aralarında mübahisə yaranıb və satıcı onlara əl-qol atıb. Yaranmış hadisəyə görə xanımının təzyiqi qalxıb və onu xəstəxanaya aparıb.
Faktla bağlı satıcı, 33 yaşlı Rüstəm Səmədov (şərti adla) polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə o, 4 gün müddətinə inzibati qaydada həbs edilib.
/Lent.az











































