Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

İDMAN
20:11 22.11.2022
297
Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında rekordu təkrarlayıb.

AZXEBER.COM xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Səudiyyə Ərəbistanına qarşı ilk tur matçında meydana çıxmaqla nail olub.

Messi karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus və Canluici Buffona (İtaliya) çatıb.

Portuqaliya millisindən Kriştianu Ronaldu, Meksika seçməsindən isə Andres Quardado da rekordu təkrarlaya bilər.

Qeyd edək ki, Argentina millisi hazırda 1:0 hesabı ilə öndədir. Yeganə qolu 10-cu dəqiqədə penaltidən Lionel Messi vurub.
OXŞAR XƏBƏRLƏR