Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü

Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
DÜNYA
14:01 23.10.2026
221
 

Türkiyənin İstanbul şəhərində 46 yaşlı Tuğba Onur liposaksiya əməliyyatı zamanı həyatını itirib.


AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının həyat yoldaşı Murat Onur əməliyyat zamanı yanlış müdaxilə edildiyini iddia edərək xəstəxanadan və məsul şəxslərdən şikayətçi olub.


Onun sözlərinə görə, həkim əməliyyatdan əvvəl həyat yoldaşını müayinə etməyib. Əməliyyatdan təxminən bir saat sonra qadının ürəyinin dayandığı bildirilib, lakin onu xilas etmək mümkün olmayıb.


Murat Onur həyat yoldaşının heç bir sağlamlıq probleminin olmadığını deyərək hadisənin araşdırılmasını və məsul şəxslərin müəyyənləşdirilməsini tələb edib.

 

Gülay

 
 
OXŞAR XƏBƏRLƏR