Liqa 1 klubu dünya çempionunun transferindən imtina edib

Liqa 1 klubu dünya çempionunun transferindən imtina edib
İDMAN
18:59 04.12.2024
320
Fransanın Liqa 1 təmsilçisi "Nitsa" millinin heyətində dünya çempionu olan Pol Poqbanın transferindən imtina edib.

Bu barədə klubun idman direktoru Florian Moris bildirib.

Klub rəsmisi futbolçunu almaq üçün imkanlarının olduğunu deyib. Həmçinin əlavə edib ki, Poqbaya böyük klublar tərəfindən maraq göstəriləcəyi təqdirdə, rəqabət apara bilməyəcəklər.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi İtaliyanın "Yuventus" klubundan ayrıldıqdan sonra azad agent olub. Antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya edilən P.Poqba yalnız yanvarda məşqlərə başlaya biləcək.
OXŞAR XƏBƏRLƏR