Lisey və gimnaziyalara qəbul başlayır

Lisey və gimnaziyalara qəbul başlayır
SOSİAL
18:40 08.06.2026
228
2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, qeydiyyat 9 – 19 iyun tarixlərində aparılacaq. Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində "Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə "Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

Qeyd edək ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR