9-cu sinif şagirdindən uğurlu nəticə - FOTO

9-cu sinif şagirdindən uğurlu nəticə - FOTO
SOSİAL
19:18 08.06.2026
122
Bakı İstanbul Liseyinin 9-cu sinif şagirdi təhsilini fərqlənmə ilə başa vurub. 

AZXEBER.COM-un ​Manset.az-a istinadən məlumatına görə, Eyvazlı Ahu Akif qızı 9 illik ümumi orta təhsil pilləsini böyük müvəffəqiyyətlə tamamlayıb. Nümunəvi davranışı və yüksək göstəriciləri ilə seçilən Ahu Eyvazlı orta məktəbin 9-cu sinfini fərqlənmə attestatı (Qırmızı attestat) ilə bitirib.

​Təhsil aldığı müddətdə dərslərinə qarşı nümayiş etdirdiyi məsuliyyət və intizam sayəsində müəllim kollektivinin və sinif yoldaşlarının rəğbətini qazanan şagird bu uğuru ilə həm ailəsini, həm də oxuduğu liseyi qürurlandırıb.

​Qeyd edək ki, Bakı İstanbul Liseyinin rəhbərliyi və müəllim heyəti də Ahu Eyvazlını bu nailiyyəti münasibətilə təbrik edib, ona növbəti təhsil pillələrində və gələcək həyatında yeni uğurlar arzulayıb.

 

 


OXŞAR XƏBƏRLƏR