Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı

Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı
SOSİAL
22:20 30.10.2026
127
Cəlilabad rayonunda meyit tapılıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayıl İmanovun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Onun ölüm səbəbi hələlik məlum deyil. Məlumata görə, mərhum rayon bazarında ətir satışı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR