İrana hücumlar təxirə salındı - Netanyahudan açıqlama
DÜNYA
21:14 08.06.2026
266
Bir daha söz verirəm ki, İran nüvə silahı əldə etməyəcək. AZXEBER.COM xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu İranla gərginlik fonunda ictimaiyyətə müraciətində deyib.
O qeyd edib ki, "Hizbullah”la mübarizə hələ bitməyib: "İran və "Hizbullah” indi əvvəlkindən daha zəifdir, biz isə əvvəlkindən daha güclüyük. Lakin onlarla mübarizəmiz hələ bitməyib”.
Netanyahunun sözlərinə görə, əgər İran yenidən İsrailə hücum edərsə, qətiyyətlə cavab veriləcək.
"Çünki İsrailin özünümüdafiə hüququ var və biz lazım olduqda bundan istifadə edirik”, - o əlavə edib.
Netanyahu İsrailin İrana hücumları hələlik təxirə saldığını da bildirib.