Litva Xarici İşlər Nazirliyi Belarus ərazisindən buraxılan pilotsuz təyyarənin Baltikyanı respublikanın hava məkanını pozması ilə əlaqədar Belarus səfirliyinin nümayəndəsini nazirliyə çağırıb.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Litva Xarici İşlər Nazirliyi Belarusun Litva Respublikasındakı səfirliyinin nümayəndəsini çağıraraq ona iyulun 28-də Belarus Respublikasından pilotsuz uçuş aparatının Litva Respublikasının hava məkanına qanunsuz daxil olması ilə əlaqədar kəskin etirazını bildirən nota təqdim edib”, - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.