Litva hərbçilərini Ukraynaya göndərməyəcək

DÜNYA
19:55 18.02.2025
238
Litva hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi hazırda müzakirə edilmir.

Bunu Litva Prezidentinin xarici siyasət üzrə baş müşaviri Asta Skaysqirite bildirib.

"Hələlik Ukraynaya hər hansı hərbi kontingentin göndərilməsindən söhbət getmir", - o qeyd edib.

Baş müşavir, həmçinin əlavə edib ki, "biz Ukraynaya təlimatçı qismində kömək edə bilərik".

Daha əvvəl Litvanın Müdafiə Nazirliyi məlumat vermişdi ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Vilnüs Kiyevə 767 milyon avrodan çox hərbi yardım göstərib.
 
///report
OXŞAR XƏBƏRLƏR