Litva “Rheinmetall” konserni ilə silah-sursat zavodunun tikintisinə dair müqavilə imzalayıb

Litva “Rheinmetall” konserni ilə silah-sursat zavodunun tikintisinə dair müqavilə imzalayıb
DÜNYA
19:33 03.06.2024
159
Litvanın İqtisadiyyat və İnnovasiyalar Nazirliyi Almaniyanın "Rheinmetall” silah konserni ilə silah-sursat zavodunun tikintisinə dair müqavilə imzalayıb.

Bu barədə Litvanın iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte məlumat verib.

"Litvada "Rheinmetall” zavodunun inşası lazımi silah və sursata fasiləsiz çıxışı təmin edəcək. Bununla biz Avropanın müdafiəsi üçün lazım olan məhsulları istehsal edəcəyik. Bu zavoda 180 milyon avrodan çox investisiya qoyulacaq. Yeni zavodda azı 150 yeni iş yerinin yaradılması gözlənilir”, - o qeyd edib.
 
///report
OXŞAR XƏBƏRLƏR