Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Aleksandr Yelkin Polşa üzərində dronlarla bağlı insident və Ukrayna ərazisinin atəşə tutulmasına görə Litva Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat Litva XİN-in saytında yerləşdirilib.
Bildirilir ki, müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib. Nazirlik Polşanın hava məkanının pozulmasına görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Bundan əlavə, Litva XİN belə hərəkətlərin NATO ölkələrinin kollektiv təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib.
Qeyd edək ki, səhər tezdən Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan və PUA (pilotsuz uçuş aparatı) kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb.