Litva sərhəddə əlavə qüvvələr yerləşdirəcək

Litva sərhəddə əlavə qüvvələr yerləşdirəcək
DÜNYA
19:53 20.08.2025
203
Litva sərhədçiləri sərhədlərin mühafizəsini gücləndirəcək və əlavə qüvvələr yerləşdirəcək, buna səbəb Rusiya və Belarusun sentyabr ayında keçiriləcək "Qərb" birgə hərbi təlimlərinə hazırlaşmasıdır.

Bu barədə Litva KİV-ləri Dövlət Sərhəd Xidmətinin (VSAT) komandanı Rustamas Lyubayevasın sözlərinə istinadən bildirib.

Onun sözlərinə görə, "Qərb" təlimləri yaxınlaşdıqca, Litva Sərhəd Xidməti sərhədlərin təhlükəsizliyini gücləndirməyi, xarici sərhədlərdə əlavə heyət yerləşdirməyi və digər qurumlar, Litva hərbçiləri və polisi ilə əməkdaşlıq çərçivəsində müəyyən tədbirlər görməyi planlaşdırır.
 
\report
OXŞAR XƏBƏRLƏR