Litva Ukraynaya 12 zirehli transportyor göndərib

Litva Ukraynaya 12 zirehli transportyor göndərib
DÜNYA
18:26 14.11.2022
178
Litva Ukraynaya 12 ədəd M113 zirehli transportyor göndərib, onların 10-u minaatanlarla təchiz olunub.
 
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas tviterdə məlumat yayıb.

"Litvadan Ukraynaya əlavə hərbi yardım çatdırılıb: 12 ədəd M113 (10 ədədi 120 mm-lik özüyeriyən minaatan və 2 ədədi isə atəşə nəzarət radarı ilə təchiz olunub) və döyüş sursatları”, - o yazıb.

Onun sözlərinə görə, ölkəsi artıq Ukraynaya 62 ədəd M113 göndərib.
OXŞAR XƏBƏRLƏR